“Neftçi” Vançe Şikovla yollarını ayırdı | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” Vançe Şikovla yollarını ayırdı

16:24 - 15 / 12 / 2016
 “Neftçi” Vançe Şikovla yollarını ayırdı

“Neftçi” daha bir legioneri ilə yolları ayırıb.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, makedoniyalı futbolçu Vançe Şikov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Xatırladaq ki, mövsümün əvvəlində transfer edilmiş V.Şikov “Neftçi”nin heyətində 9 oyunda meydana çıxmışdı.

Qeyd edək ki, Vançe Şikova qədər “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.

1news.az

Paylaş:
624

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər