ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırıb
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasın yekunu olaraq qurum uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərar qəbul edib. Bununla da FED uçot dərəcəsini 0,5 faizdən 0,75 faizə qaldırıb.
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırmışdı. 2015-ci ilin dekabrında tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsinin illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edilmişdi. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməmişdi.
Ümumiyyətlə 2008-ci ildən indiyədək FED uçot dərəcəsini yalnız bir dəfə qaldırmışdı.
Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.
1news.az