Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq
16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
1news.az-ın məlumatına görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yığma komandanın 19 üzvü qonşu respublikada mübarizə aparacaq.
Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi 42 kq), Məhəmmədsaleh Abakarov (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev, Uğur Novruzov, Vüsal Hüseynov (hamısı 54 kq), Turan Bayramov, Elmar Kazımov, Seymur Cəbrayılov (hamısı 58 kq), Əşrəf Əşrəfov, Vahid Əliyev, Hacımurad Hacıyev (hamısı 63 kq), Nəsib İsayev, Murad Ömərov, Davud İbrahimov (hamısı 69 kq), İslam Əliyev, Abubakr Abakarov və Abdulmuslim Mamedov (hamısı 76 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.
Proqrama əsasən, dekabrın 16-da 42, 50, 58, 69 və 85 kq, dekabrın 17-də isə 46, 54, 63, 76, 100 və 120 kq çəki dərəcələrində idmançılar yarışacaq.
1news.az