Gürcüstandan gələn avtomobildən fişəng və pirotexniki vasitələr aşkar olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstandan gələn avtomobildən fişəng və pirotexniki vasitələr aşkar olunub – FOTO

17:08 - 16 / 12 / 2016
Gürcüstandan gələn avtomobildən fişəng və pirotexniki vasitələr aşkar olunub – FOTO

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilinin gizli saxlanc yerlərindən pirotexniki vasitələr aşkar olunub.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin  Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə  “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21600 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər