Azərbaycanda internetin qiyməti ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda internetin qiyməti ilə bağlı açıqlama

22:29 - 16 / 12 / 2016
Azərbaycanda internetin qiyməti ilə bağlı açıqlama

Azərbaycanda elektrik enerjisi üzrə ödəniş sisteminin dəyişməsi internet tariflərində əks olunmayacaq.

1news.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, istehlakçılara xidmət göstərilərkən internet provayderlər elektrik enerjisindən çox istifadə etmir.

Q.Qurbanov deyib ki, ona görə, elektrik enerjisi tariflərinin artması ilə internet və ya digər telekommunikasiya xidmətləri tariflərini birbaşa əlaqələndirmək düzgün olmazdı.

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər