Qaçqın tələbələrin ali məktəblərdə pulsuz oxuması məsələsinə yenidən baxılması təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaçqın tələbələrin ali məktəblərdə pulsuz oxuması məsələsinə yenidən baxılması təklif olunur

14:49 - 17 / 12 / 2016
Qaçqın tələbələrin ali məktəblərdə pulsuz oxuması məsələsinə yenidən baxılması təklif olunur

“ADA Universiteti ödənişli ali məktəbdir. Buna baxmayaraq, bizə gələn qaçqın tələbələrin sayı çoxdur və onlar təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq mən düşünürəm ki, biz gərək bu məsələyə qayıdaq, rektorlarla birgə bunu müzakirə edək”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbirdə deyib.

Rektorun sözlərinə görə, elə tələbələr var ki, yüksək balla ali məktəbə daxil olur, sonradan pulsuz oxuduqlarından səylərini azaldırlar, daim çalışan, dərslərini yaxşı oxuyan tələbələr isə ödəniş etməli olurlar:

“Buna görə. belə bir təşəbbüs etmək istəyirik ki, qaçqın tələbələrə müəyyən hədd qoyulsun. Əgər qaçqın tələbə müəyyən həddən aşağı qiymət alarsa, onu imtiyazdan məhrum edə bilərik. Artıq bu məsələyə baxmağın vaxtı çatıb”.

H. Paşayev qeyd edib ki, bu gün ali məktəblərdə müəllimlərin maaşları universitetlərin imkanlarından, ali məktəblərin maliyyə imkanları isə tələbələrdən asılıdır:

“Çalışırıq ki, tələbələrdən maliyyəni alıb müəllimlərə, yaxşı işləyənlərə verək. İstəmirik ki, xaricdən gələn müəllimlərlə öz müəllimlərimiz arasında maaş fərqi yaransın”.

Paylaş:
1724

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər