Azərbaycanda Milli Turizm Təbliğat Bürosu yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Milli Turizm Təbliğat Bürosu yaradılacaq

15:27 - 17 / 12 / 2016
Azərbaycanda Milli Turizm Təbliğat Bürosu yaradılacaq

2017-ci ildə Milli Turizm Təbliğat Bürosu yaradılacaq.

1news.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Büronun yaradılması Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Büronun fəaliyyəti nəticəsində 2020-ci ildə 5 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 10 milyon manat əlavə dəyər yaranması proqnozlaşdırılır.

Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmə sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılacaq. Bütün əsas tədbirləri əlaqələndirmək üçün Bakı şəhəri üzrə turizm təqvimi də yaradılacaq.

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər