Bakıda yaşayış binasında yanğın olub: 15 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub: 15 nəfər təxliyə edilib

16:36 - 18 / 12 / 2016
Bakıda yaşayış binasında yanğın olub: 15 nəfər təxliyə edilib

Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər