22 yaşlı gənc ürəyindən bıçaqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

22 yaşlı gənc ürəyindən bıçaqlandı

19:54 - 18 / 12 / 2016
22 yaşlı gənc ürəyindən bıçaqlandı

Şəmkir rayon sakini bıçaqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Dağ İrmaşlı kənd sakini, 1994-cü il təvəllüdlü Əsgərov Vüsal Vüqar oğlu döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır qiymətləndirilir.

V. Əsgərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
893

Son xəbərlər

Bütün xəbərlər