“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimləri davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimləri davam edir – FOTO

10:23 - 19 / 12 / 2016
“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimləri davam edir – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Gənclər və İdman İdarəsi və Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsi çərçivəsində həyata keçirilən təlimlər davam edir.

1news.az-a Birlikdən verilən xəbərə görə, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin növbəti təlimləri Mingəçevir Gənclər Evində baş tutub.

Universitet və kollec tələbələrini əhatə edən təlimlərin məqsədi iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə nəzəri və təcrübə təlimləri təşkil etməklə ətraflı məlumatlandırmaqdır.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, layihənin növbəti hissəsində təlimlər zamanı fəal iştirak edən gənclər qazandıqları təcrübələrini sərgiləmək üçün  xarici dil təlimlərinə cəlb olunacaqdır. Bununla paralel olaraq onlar üçün bir sıra mədəniyyət və turizm ocaqlarına infoturlar, təcrübə proqramları nəzərdə tutulub.

Üç ay davam edəcək layihəni uğurla başa vuran gənclərə diplomlar veriləcək.

1news.az

Paylaş:
609

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər