UNEC-in əcnəbi tələbələri erməni vəhşiliklərindən bəhs ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

UNEC-in əcnəbi tələbələri erməni vəhşiliklərindən bəhs ediblər – FOTO

12:45 - 19 / 12 / 2016
UNEC-in əcnəbi tələbələri erməni vəhşiliklərindən bəhs ediblər – FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

1news.az-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, UNEC-də təhsil alan Almaniya, Türkiyə, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İran, Küveyt, Çin, Nigeriya, Əfqanıstan, BƏƏ və digər ölkələrdən olan tələbələrin də iştirak etdiyi səfər “Gəz, Gör, Tanı, Paylaş” devizi altında keçirilib.

Səfərdə məqsəd UNEC-in əcnəbi tələbələrini ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların əyani nişanəsi olan soyqırım məzarlığı ilə tanış etməkdir. UNEC-in tələbə rektoru Şahin Həsənov əcnəbi tələbələrə dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verib. Kütləvi məzarlığı ziyarət edən tələbələr ermənilərin Quba qəzasında törətdiyi qırğının nişanələrindən heyrətə gəldiklərini bildiriblər.

Tələbələr Quba Soyqırımı Memorial Kompleksinin ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntülərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olublar.

Əcnəbi tələbələr kütləvi məzarlıqdan çəkdikləri şəkilləri sosial şəbəkələrdə  #GraveyardofGenocide #SoykirimMezarligi kimi açar sözləri vasitəsilə yayımlayaraq, erməni vəhşilikləri, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşıblar. Onlar burada gördüklərinin insanlığa qarşı qəddar cinayət olduğunu xüsusi vurğulayıblar.

Sonra tələbələr Quba rayonunun tarixi, mədəni, eləcə də turizm imkanları ilə tanış olublar.

1news.az

Paylaş:
553

Son xəbərlər

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23
Bütün xəbərlər