Karlos Tevez Çinə gedir
Futbol üzrə Argentina millisinin sabiq üzvü Karlos Tevez “Boka Xuniors”da son oyununu keçirib.
1news.az-ın məlumatına görə, “Kolon”la qarşılaşmada (4:1) sonuncu dəfə “Boka Xuniors”un heyətində meydana çıxan 32 yaşlı oyunçu 90-cı dəqiqədə əvəzlənərkən göz yaşlarını saxlaya bilməyib.
Verilən məlumata görə, Tevez karyerasını Çində davam etdirəcək. Klubun adı açıqlanmasa da, yaxın günlərdə Tevezlə ikiillik müqavilə imzalanacağı qeyd edilib.
Qeyd edək ki, bu yaxınlarda İspaniya mətbuatı Çin klublarından birinin argentinalı hücumçuya illik 40 milyon avro qazanacağı müqavilə təklif etdiyini yazmışdı.
Xatırladaq ki, Karlos Tevez “Boka Xuniors”a ötən il “Yuventus”dan keçib.
1news.az
692