Millimiz Litva, Qazaxıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

Millimiz Litva, Qazaxıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq

12:19 - 20 / 12 / 2016
Millimiz Litva, Qazaxıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq

Yanvarda Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin təqvimi müəyyənləşib.

1news.az-ın məlumatına görə, mötəbər yarışda ölkəmizin 17 yaşadək futbolçulardan ibarət milli komandası da iştirak edəcək.

C qrupunda yer alan komandamız ilk oyununu yanvarın 9-da Litva komandasına qarşı keçirəcək.

Komandamız iki gündən sonra Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız qrupdakı son sınağını isə yanvarın 13-də Slovakiyaya qarşı verəcək.

Azərbaycan millisi qrupu ilk iki pillədə tamamlasa, yanvarın 16-da 1/4 final oyununa çıxacaq. Turnirin yarımfinal görüşləri yanvarın 18-də, final matçı isə 21-də baş tutacaq.

 

C qrupunun təqvimi

9 yanvar

13:00. Litva – Azərbaycan

15:15. Slovakiya – Qazaxıstan

11 yanvar

13:00. Qazaxıstan – Azərbaycan

15:15. Slovakiya – Litva

13 yanvar

13:00. Litva – Qazaxıstan

15:15. Azərbaycan – Slovakiya

Qeyd: Başlama saatları Bakı vaxtı ilə göstərilib.

1news.az

Paylaş:
518

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər