ATƏT-in cəbhə xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb
ATƏT-in bu gün Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Qeyd edək ki, monitorinqi Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirib.
Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq keçiriblər.
1news.az
544