Milli Qəhrəman Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi

1news Redaksiyası09:11 - Bu gün
Milli Qəhrəman Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

1news.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

“Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var”.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər