Əli Həsənov: Azərbaycanın gücü torpaqlarının böyüklüyündə deyil, milli iradəsindədir
“Ermənistanla qonşuluq bizə problem, təhlükəsizliyimizə qarşı təhdiddən başqa heç nə gətirmədi”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatında çıxışı zamanı bildirib.
Əli Həsənov bildirib ki, ermənilər tarixi saxtalaşdırmaqla İrəvanı öz şəhərləri kimi təqdim etməyə çalışırlar:
“Tarixi abidələrimizi, məscidlərimizi, mədəniyyət ocaqlarımızı, qədim tikilələri məhv etməklə İrəvandakı türk-müsəlman-Azərbaycan izlərini itirməyə çalışırlar. Amma bu məqsədlərinə nail ola bilmirlər və bilməyəcəklər. Çünki bütün həqiqətlər, tarixi faktla bizdədir”.
PA rəsmisi qeyd edib ki, həqiqətlərimizi dünyaya çatdırmaq üçün daha çox çalışmaq, təbliğatı gücləndirmək lazımdır:
“Azərbaycanın böyüklüyü şəhərlərinin sayının çoxluğunda, ərazisinin geniş olmasında, ya da neft və qazında deyil. Bizim böyüklüyümüz milli iradəmizdədir. Bu iradəni qorumalıyıq”.
Fərid Ədalət