Samir Məsimov Qazaxıstan klubunda
“Neftçi”nin sabiq futbolçusu Samir Məsimov Sloveniyanın “Domjale” klubundan ayrılıb.
1news.az-ın məlumatına görə, o, hazırda Qazaxıstanın “Okjetpes” klubunda baxışdadır.
Klubun 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanacağını bildirilir.
Məsimov hazırda Türkiyədə təlim-məşq toplanışında olan “Okjetpes”in heyətində iki yoxlama görüşündə meydana çıxıb. O, bu görüşlərin birində qol vurmağı da bacarıb.
Qeyd edək ki, “Okjetpes”də “Neftçi”nin sabiq serbiyalı qapıçısı Saşa Stamenkoviç də çıxış edir.
1news.az
802