AFFA-nın Klublar Komitəsinin yeni sədri seçilib | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın Klublar Komitəsinin yeni sədri seçilib

13:48 - 23 / 12 / 2016
AFFA-nın Klublar Komitəsinin yeni sədri seçilib

Bu gün AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, “Boulevard Hotel Baku” otelində təşkil olunan iclasda Komitəyə yeni sədr seçilib.

Topaz Premyer Liqasında çıxış edən 8 klubun nümayəndəsinin iştirakı ilə keçirilən səsvermənin yekununda “Sumqayıt”ın prezidenti Kamran Quliyev KK-nın yeni sədri seçilib. O, bu vəzifədə AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovu əvəz edib. Quliyev 7 səslə buna layiq görülüb. “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl isə 1 səs toplayıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrından fəaliyyət göstərən AFFA Klublar Komitəsinə 2015-ci ildə “Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Tuyqun Nadirov, 2016-cı ildə isə Fikrət Hüseynov (AZAL) rəhbərlik edib.

1news.az

 

Paylaş:
651

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər