Mübariz Əhmədoğlu: İran prezidentinin Yerevanda dedikləri Ermənistanın arzularını qarşılamaq deməkdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İran prezidentinin Yerevanda dedikləri Ermənistanın arzularını qarşılamaq deməkdir

14:14 - 23 / 12 / 2016
Mübariz Əhmədoğlu: İran prezidentinin Yerevanda dedikləri Ermənistanın arzularını qarşılamaq deməkdir

Həsən Ruhani İran prezidenti seçildikdən sonra regional proseslərə fərqli mövqe nümayiş etdirdi. Hətta inauqurasiyasında iştirak edən ermənistanlı həmkarı Serj Sərkisyana Dağlıq Qarabağ münaqişəsini tezliklə tənzimləmək barədə göstəriş verdiyi haqda məlumatlar yayıldı.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu İran Prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanda səfərdə olarkən Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi açıqlamalar da H. Ruhaninin mövqeyini sabiq prezident Mahmud Əhmədinejadın mövqeyindən fərqli olduğunu göstərdi. Azərbaycan Respublikasına ikinci səfəri zamanı hətta Dağlıq Qarabağ münaqişəsinin aktivləşəcəyi təqdirdə Azərbaycana hərbi mənada başa düşülən yardım vəd verdi:

“Dörd günlük aprel döyüşləri zamanı isə H. Ruhani komandasından fərqli mövqe gördük. Aprel döyüşlərinin  Ermənistanın təxribatı olması şəksizdir. Ermənistan S.Sərkisyan hakimiyyətə gəldikdən sonra əlavə 4 milyard dollar borc götürərək qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərində saxlayır. Əlavə sübuta heç bir ehtiyac yoxdur. Dörd günlük aprel döyüşləri zamanı Ermənistan İranın ərazisini artilleriya atəşinə tutdu. İran heç bir reaksiya vermədi. H. Ruhaninin o zaman və indi Ermənistana səfəri zamanı bu mövzu ilə bağlı susması İranda yaşın, vəzifənin və İslam dininin yalançılığa maneə olmadığının göstəricisidir”.

M.Əhmədoğlu hesab edir ki, Ermənistanın İran ərazisini atəşə tutması bu iki dövlətin Azərbaycana qarşı hazırladığı təxribat da ola bilər:

“İranın o ərazisində xidmət edən hərbiçilərinin düzgün məlumat yayması iki ölkənin yüksək rəhbərliyinin birgə hazırladığı təxribatın qarşısını aldı. İranla Ermənistan arasındakı hərbi münasibətlərin xarakteri bunu deməyə əsas verir”.

H. Ruhaninin Ermənistanda Dağlıq Qarabağ münaqişəsini yalnız dinc yolla tənzimlənməsinin mümkün olduğunu, münaqişənin hərbi yolla həllinin olmadığını bildirməsinə gəlincə, politoloq bildirib ki, bu mövqe prezidentlərin imzaladığı birgə bəyannamədə də təsbit olunub. Onun sözlərinə görə, H. Ruhaninin bu bəyanatı ən azı 3 prizmadan ciddi dövlət başçısına yaraşan mövqe deyil:

“Birincisi, İran prezidentinin Ermənistana səfər ərəfəsində Dağlıq Qarabağ tənzimlənməsinə ədalətli və məntiqli bəyanat üçün çox pozitiv fon yaranmışdı:

a) Ruhaninin Ermənistana səfərindən bir gün öncə İran  Moskvada Rusiya və Türkiyə ilə Suriya probleminin həllinə dair sənəd imzaladılar. Hər üç dövlət Suriya münaqişəsinin tənzimlənməsində ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərini ən prioritet prinsip kimi təqdim etdilər və bunu imzaları ilə təsdiq etdilər. Hər üç dövlət özünü Suriya münaqişəsi kontekstində regional dövlət hesab edir. Regiondan kənar qüvvələri Suriya münaqişəsinin tənzimlənməsindən uzaqlaşdırdılar. H.Ruhani İranın bu mövqeyini Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də aid edə bilərdi.

H. Ruhani komandasının əksəriyyəti Qərbdə təhsil almış şəxslərdir, onları savadsız hesab etməm mümkün deyil. Ona görə İran prezidentinin Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi ilə bağlı Yerevanda dedikləri Ermənistanın arzularını qarşılamaq deməkdir.

b) İran prezidenti Ermənistana daxil olarkən mətbuat Rusiya müdafiə nazirinin müavini Nikolay Pankovun Dağlıq Qarabağ prizmasından Ermənistanın təbliğatı maraqlarının əleyhinə olan diqqət çəkən bəyanatını yaydı: Rusiyanın Ermənistanla Birləşmiş Qoşun Qrupu yaratması Rusiyanın Ermənistandakı qoşunlarının miqdarını artırmır.

İran prezidentinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı belə əlverişli fondan istifadə etməməsi təsadüfi deyil. İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycanın maraqlarına cavab verir. Eləcə də İran Dağlıq Qarabağ münaqişəsindən Azərbaycanın əleyhinə istifadə etmək üçün gücə malik deyil. Ona görə Dağlıq Qarabağ münaqişəsinin yeganə qonşusu olan İran bu münaqişəni özü üçün daha yaxşı zamanlara saxlayıb. Amma İran nəzərə alsın ki, ABŞ və Rusiya da təxminən belə niyyətdə ola bilər.

İkincisi, H.Ruhani səfər zamanı Ermənistanda yeni ümidlər yaratdı. Guya qaz və nəqliyyat layihələri işə düşəcək və Ermənistan tranzit ölkəyə çevriləcək. Hətta Türkmənistan qazını Ermənistana, oradan da digər dövlətlərə nəql etmək ehtimalını şəxsən H.Ruhani öz dili ilə səsləndirdi. Türkmənistanla İran arasında qaz məsələsinə görə xeyli narazılıq var. İldən-ilə Türkmənistan İrana satdığı qazın miqdarını azaldır. Çünki İranın Türkmənistana verməyə pulu yoxdur. Barter üçün ortalığa qoyduğu məhsullar isə Türkmənistana gərək deyil.

Bəlkə də Azərbaycanı aldatmaq üçün İran öz qazını Türkmənistan qazı adı ilə Ermənistana verəcək. Hər halda İranın yeni antiAzərbaycan ideyaları hazırlaması göz qabağındadır. Əgər İran Ermənistanla Türkmənistan arasında tranzit rolu oynamaq istəyirsə, başqa tarixi aspekti də reallaşdırsa,  daha yaxşı olar. İran prezidenti H. Ruhanin səfəri ərəfəsində tanınmış şərqşünas, mərhum akademik Boris Piotrovskinin Yerevanda yaşadığı binaya barelyefinin açılışı oldu. Akademik M. Piotrovski sovet dövründə Ermənistana ezam olunmuşdu və uzun müddət Yerevanda yaşadı. M . Piotrovski İranın Ermənistana yaxın ərazilərinin tarixən ermənilərə məxsusluğunu “sübut etmişdi”. Yeri gəlmişkən, bu məsələnin davamı olaraq bildirək ki, sonradan Ermənistan bu elmi nəticələri Vatikana təqdim edərək İranın Şimal ərazilərinin böyük bir qisminin Ermənistana aid olduğunu bildirmişdi. Vatikan əvvəlcə maraqlandı. İran ərazisinə ekspedisiyalar göndərildi. Amma sonradan hansısa səbəbdən Vatikan bu məsələdə aktivliyini dondurdu.

Sovet dövründə eyni ekspedisiya Türkmənistan ərazisində işləyərək İranın Türkmənistana yaxın ərazilərini türkmənlərə məxsusluğunu sübut etmişdi. Beləliklə, İran öz şimal ərazisinin bir qismini Türkmənistana, digər qismini də Ermənistana verməklə bu iki qonşusunu həmsərhəd edə bilər. İranın Azərbaycan Respublikasına nifrəti onu bu addımı da reallaşdırmağa vadar edəcək.

Prezidentlərin görüşündə və biznes forumda səslənmiş digər iqtisadi ideyaların mahiyyəti də  yalnız Ermənistanı ruhlandırmaqdır.

Üçüncüsü, İran Dağlıq Qarabağ tənzimlənməsində sülh yolunu bəyan edir. Amma reallıqda isə Ermənistana açıq-aşkar hərbi yardımlar edir:

a) Dağlıq Qarabağ münaqişəsinin aktiv dövründə İran Ermənistana birbaşa silah verib. Eləcə də dolayısı yolla hərbi xarakterli yardımlar edib. Bunu Ermənistan rəsmiləri dəfələrlə bildiriblər. Bəzi İran rəsmilərinin də bu barədə etirafları var. İranın Ermənistandakı keçmiş səfiri Fərhad Koleyni və İranın digər ekspertlərinin bu barədə fikirləri var.

b) 2009-cu ildə Tehran-Yerevan aviareysində baş vermiş qəzada İrana məxsus yüksəkçinli 10 hərbçinin ölməsi İranla Ermənistanın arasında hədsiz ciddi hərbi əməkdaşlığın üstünü açdı. İran hərbi mütəxəssisləri Ermənistanda və işğal olunmuş Kəlbəcərdə Hava hücumundan müdafiə sistemləri qurmalı idi. Aviaqəza buna imkan vermədi.

c) İranın hərbi sənaye müəssisələri o cümlədən “ETKA” Ermənistanın müdafiə nazirliyi ilə müqavilə imzalayıblar. Bu fəaliyyətləri indi də davam edir. İran çox ucuz qiymətə, bəlkə də havayı Dağlıq Qarabağdakı Ermənistan ordusunu ərzaq konservləri, ayaqqabı və paltarlarla təmin edir. Ermənistan ordusu qeyri-hərbi təchizata az vəsait xərcləməklə qalan vəsaiti hərbi məhsulların alınmasına yönəldir.

d) Vigen Sərkisyan Ermənistanın müdafiə naziri təyin olunarkən İranın müdafiə nazirinin müavini, briqada generalı  Nəsrulla Kələntari onu təbrik etmək üçün Yerevana gəlmişdi. Rusiya və Qərb dövlətlərindən V.Sərkisyana doğru belə isti addımlar atılmadı.

Bu yazılanlar  İranın Dağlıq Qarabağ münaqişəsinin  dinc yolla tənzimlənməsi mövqeyinin mahiyyətini aydın göstərir. Ermənilər İranın bu mövqeyini belə başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək lazım deyil. İran da Azərbaycanın guya əziyyətdə olmasından ləzzət alır”.

M.Əhmədoğlu Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin İranla Ermənistan arasında olan əlaqələrin göstəricilərindən xeyli yüksək olduğunu da qeyd edib:

“İranın Ermənistanla münasibətlərini, iqtisadi əlaqələrinin hüdudları bəllidir. Bütün resurs ortalıqdadır. Ermənistanın baza parametrləri kiçik olduğu üçün iqtisadi əlaqələr böyük rəqəmlə ifadə oluna bilməz. Azərbaycanla İsrail arasında iqtisadi əlaqələr cəmi iki sahəni əhatə edir. Amma milyardlarla ölçülür. Azərbaycanla İsrailin iqtisadi əlaqələrini şaxələndirmək üçün resurslar hədsiz çoxdur”.

1news.az

 

Paylaş:
660

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər