Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatları təqdim edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatları təqdim edilib

17:50 - Bu gün
Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatları təqdim edilib

Naxçıvan şəhərində İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinə dair aparılmış paralel auditin yekun hesabatlarının təqdimatına həsr olunmuş tədbir təşkil edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair eksponatlar haqqında ətraflı məlumat verilib.

Təqdimat mərasimində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər. Həmçinin Milli Məclisin komitə sədrləri Azər Əmiraslanov və Sadiq Qurbanov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, digər dövlət və hökumət rəsmiləri tədbirə qatılıblar.

Tədbirdə ali audit orqanları arasında həyata keçirilmiş paralel auditin nəticələri təqdim olunub. Layihə çərçivəsində auditin əhatə etdiyi sahələr, xüsusilə investisiya qoyuluşları üzrə əldə olunmuş nəticələr müzakirə edilib. Hesabatların əsas məqamları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, paralel audit Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında 2022-ci ildə imzalanaraq yenilənmiş Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

Səfər çərçivəsində Vüqar Gülməmmədov və Metin Yener arasında keçirilən ikitərəfli görüşdə gələcək birgə fəaliyyətlərin perspektivləri müzakirə olunub.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər