Azərbaycan XİN Hindistana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Hindistana başsağlığı verib

15:03 - 12 / 06 / 2025
Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi "X" hesabında yazılıb.

"Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədən təsirlənənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Hindistana qarşıdakı günlərdə güc və şəfa diləyirik".

Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, hadisə nəticəsində 133 nəfər həlak olub.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər