Emin Mahmudov “Boavişta”da ilk qolunu vurdu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Emin Mahmudov “Boavişta”da ilk qolunu vurdu – VİDEO

09:57 - 23 / 12 / 2016
Emin Mahmudov “Boavişta”da ilk qolunu vurdu – VİDEO

Millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb.

1news.az-ın məlumatına görə, həmyerlilərimizin komandası səfərdə “Nasional”la qarşılaşıb. Görüş “damalılar”ın qələbəsi ilə yekunlaşıb – 2:0.

Hər iki futbolçumuz görüşə start heyətində başlayıb. Oyunda hesabı Emin açıb. O, 11-ci dəqiqə fərqlənib. 39-cu dəqiqə sarı vərəqə ilə cəzalanan Mahmudov 62-ci dəqiqədə isə zədələnərək yerini komanda yoldaşına verib.

Kamran Ağayev isə 90 dəqiqə meydanda olub və 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 17-yə çatdıran “Boavişta” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
682

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər