AFFA “Rəvan”ın 6 xalını sildi | 1news.az | Xəbərlər
Futbol

AFFA “Rəvan”ın 6 xalını sildi

14:42 - 27 / 12 / 2016
AFFA “Rəvan”ın 6 xalını sildi

AFFA İntizam Komitəsi növbəti dəfə birinci divizionda yarışan “Rəvan”ın 6 xalını silib.

1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib.

Belə ki, “Rəvan”la futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivdən 6 xal silinməsi göstərilib.
 
Bunu nəzərə alaraq AFFA-nın İntizam Komitəsi “Rəvan”ın cari mövsüm aktivindən 6 xalını silib.

Qeyd edək ki, bundan əvvəl başqa bir futbolçunun borcla bağlı şikayəti səbəbindən, FİFA-nın qərarına uyğun olaraq, “Rəvan”ın birinci divizonda topladığı 3 xal silinmişdi.

Son qərardan sonra “Rəvan”ı xalı 0-a enib. Komanda turnir cədvəlində sonuncu - 14-cü pilləyə düşüb.

1news.az

Paylaş:
587

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər