Ermənistan Qarabağ iddialarından imtina edərsə “Qafqazın İsveçrəsi” ola bilər | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan Qarabağ iddialarından imtina edərsə “Qafqazın İsveçrəsi” ola bilər

12:27 - 28 / 12 / 2016
Ermənistan Qarabağ iddialarından imtina edərsə “Qafqazın İsveçrəsi” ola bilər

Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi kimi, siyasi debatlar da daha da kəskinləşir. Müxalifət daha çox və inadlı şəkildə ölkədəki hakim partiya – Respublika partiyasına, eləcə də Sarkisyana hücum edir.

Ermənistanın siyasət meydanında narazılıqlar əsasən hakimiyyətin yuxarı təbəqələrindəki dəyişikliklərindən, xüsusən də müdafiə naziri Seyran Ohanyanın vəzifədən azad olunmasından sonra daha da gücləndi. Son zamanlar erməni KİV-də bu fakt maraqlı konteksdə öz əksini tapır. Qeyd edilir ki, Ermənistanın siyasi həyatında eks müdafiə naziri Seyran Ohanyanın iştirakını sabiq prezident Robert Koçaryan əlaqələndirəcək.

Belə ki, “Jamanak” qəzetinin yazdığına görə, Ohanyana Demokratik partiya nümayəndələri olan Vardan Oskanyan və ya Aram Sarkisyan kimi Köçəryanın siyasi qüvvələrinin fəaliyyətini qorumaq rollu həvalə olunub.

Daha sonra qeyd edilir ki, yaxın zamanlarda hakim partiyanın bəzi üzvləri onun sıralarını tərk edə bilər.

Ekspert fikri

Rusiyalı ekspert Dmitriy Verxoturov 1news.az-a Ermənistanın siyasi arenasında baş verən hadisələrə şərh verərək bildirib ki, növbəti prezident seçkiləri ərəfəsində (2017-ci ilin aprelində baş tutacaq) Ermənistanda “Qarabağ döyüşçüləri və onun radikal qanadı” düşərgəsində parçalanma olacaq:

“Köcəryan sadəcə Qarabağ separatçılarının siyasi lideri olmayıb, həmçinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində radikal variantları dəstəkləyənlərdən də biri olub. Seyran Ohanyan fərari kimi bu cinaha qoşulub. Görünür onun Qarabağla bağlı keçmişilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmaması Ohanyana ciddi təsir göstərib və Sarkisyana qarşı qərəzə səbəb olub. Onlar səs toplayaraq parlamentə daxil ola bilərlər. Belə ki, kiçik taktiki uğurlardan başqa onlar heç nəyə nail ola bilməzlər”.

Onun sözlərinə görə, Ermənistanın ümumi siyasi xəttinin dəyişdirilməsinin vaxtı çatıb. Lakin bu dəyişiklik baş vermir. Belə ki, başlıca olaraq ölkədəki bütün siyasi qüvvələr böyük strateji məsələnin həlli üçün müxtəlif taktiki həll təklif edirlər. Və yaxud da tənqidlə kifayətlənərək, heç bir təklif irəli sürmürlər:

“Təkliflərin olmaması böyük ethimlla Ermənistan müxalifətinə də aiddir. Belə ki, müxalifət məqamdan istifadə etməyi bacarmır. Mənim nöqteyi-nəzərimdən erməni siyasi-iqtisadi fikirlərində iki vacib məqam var:

İlk növbədə əsaslandırma keçmiş üzərində qurulur. Belə ki, “şanlı” tarixi olan xalqla hər şey aydındır. Tarixi əsaslar və incikliklər: misal üçün, “ermənilər burada ta qədimdən yaşayıblar, və ya soyqırıma istinad etmək hər addımda irəli sürülür.

İkincisi isə, Ermənistanın hazırki siyasəti erməni diasporunun maraqları ilə hesablaşmır. Baxmayaraq ki, diaspora erməni xalqının ayrılmaz, xüsusən də böyük hissəni təşkil edir (7-8 milyon diaspora və 3 milyon erməni xalqı).

 “Məlumdur ki, Ermənistanda diasporaya qarşı belə bir fikir var ki, onlar tarixi torpaqlarını tərk ediblər, buna görə də səs hüququnu da itiriblər. Nəzərə alsaq ki, təkcə Rusiyadakı ermənilər öz tarixi torpaqlarına 2 milyard dollara yaxın pul köçürürlər, belə olan halda bu münasibət ən azı qəribə görünür”.

Reallıq və imkanlar

Rusiyalı politoloqun fikrincə, Ermənistanın hazırki dalandan çıxış yolu “Qarabağ iddiasından” əl çəkməsidir:

“Qarabağ münaqişəsini ehtiyatlar udur: istər maliyyə, istərsə də insani, bununla yanaşı əvəzində heç nə ödəməyərək. Aydındır ki, Qarabağ döyüşçüləri hesab edirdilər ki, ermənilər işğal olunmuş və mənimsənilmiş torpaqlara böyük məmnuniyyətlə gedəcəklər, nəticədə isə hər şey əksinə alındı: erməniləri Qarabağa döyə-döyə də aparmaq mümkün deyil, hətta Ermənistanın özünü də sakinlər tərk etməyə başladı. Qarabağda səmərəli idarə yaratmaq mümkün olmadı, ora yalnız kredit və müxtəlif yardımlar hesabına dalanır. Qarabağı yağ-balla təchiz etsək belə o torpaqlar erməni diasporu üçün azdır”.

Belə vəziyyətdə nə etmək olar?

Rusiyalı ekspert təklif edib ki, bu variant yaxşı nəticələr verə bilər. Bu, dənizdən kənar dağlarda salınmış, iqtisadiyyatın inkişafı mümkün olmayan bir sıra dövlətlədəki şəhərlərin getdiyi yoldur:

“Nümunə üçün İsveçrə - öz siyasi unikallıq və orijinallığını qoruyaraq biznesin cəlbi üçün inkişaf etmiş və varlı ölkədir. Nə üçün Ermənistan “Qafqazın İsveçrəsi” olmasın? Əsaslar bunlardır: 

Birincisi, iki dövlətin coğrafi şərtləri yaxındır. Ermənistan dənizdən kənarda dağlarda salınıb. Bu da təbii resursların çatışmazlığına, daxili ticarətin inkişafı üçün nəqliyyatla təchizatda çətinliklər yaradır. Yeri gəlmişkən, sovetlər dönəmində Ermənistanın inkişafı İsveçrəninkini xatırladırdı. Avropanın bu dağlıq ölkəsi öz iqtisadiyyatını mürəkkəb və yüksək texniki sənaye üzərində, ilk növbədə maşınqayırma: turbin, sənaye avadanlıqları və sairədə qurub.

Sovet Ermənistanı bu yolla irəliləyirdi. SSSR dövründə ölkənin ehtiyatları məhdud idi. Burada sadəcə qiymətli məhsullar istehsal edən az xammal tələb olunurdu. Belə ki, Ermənistan sovetlər dönəmində saat istehsal edirdi. Bununa yanaşı, İsveçrənin Ermənistanda olduğu kimi diasporu yoxdur”. 

Rusiyalı analitik qeyd edib ki, Ermənistan “Qafqazın İsveçrəsi” ola bilər. Lakin ilk öncə hazırki rejimin yaratdığı siyasi təcriddən çıxmalıdır:

“İçveşrə kimi Ermənistan da heç kəslə mübahisə etmədiyini, heç kəsin torpaqlarına iddialı olmadığını və Azərbaycanın işğal etdiyi torpaqlarını azad etməsinə, əlbəttə ki, Dağlıq Qarabağdan imtina etməyə hazır olduğunu bəyan etməlidir.

Yeri gəlmişkən, İsveçrə də zamanında güzəştlərə gedib. Onun İkinci Dünya müharibəsi zamanı əldə etdiyi neytrallıq Almaniyadan 1 milyard işveçrə frankına götürdüyü kredit hesabınadır. Belə deyək ki, İsveçrə Hitlerdən satın alındı, lakin məğlub olaraq qalmadı. Çünki böyük hərbi zərərlərdən yayına bildi və itirdiklərini müharibədən sonrakı illərdə əldə etdi.

Bunndan sonra ölkənin gələcək iqtisadi-siyasi taleyini müzakirə etmək olar. Kredit və digər yardımı alaraq təhsilin, sənayenin inkişafına yönəltmək olar. Lakin bunun üçün 15-20 il dayandaman çalışmaq lazımdır”.

Rusiyalı ekspertin fikrincə, bu plan Ermənistanda həyata keçirilə bilər. Və erməni xalqına Qarabağ döyüşçülərinin vədindən daha yaxşı gələcək bəxş edə bilər.

1news.az

Paylaş:
1572

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər