Gürcüstan və Ermənistan vətəndaşlarına işçi vizalarının verilməsini dayandırdılar
Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına işçi vizalarının verilməsini dayandırıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Macarıstan hökumətinin rəsmi nümayəndəsi Vanda Sondi açıqlayıb.
Onun sözlərinə görə, hakimiyyət əcnəbi işçilərin məşğulluq qaydalarını sərtləşdirmək niyyətindədir. Buna səbəb əcnəbilərin yerli işçilərin əməkhaqqı artımını ləngitməsidir.
Hökumət nümayəndəsi bildirib ki, bu, ölkəyə xarici işçi axınının tənzimlənməsi istiqamətində ilk addım olacaq.
Bununla belə, artıq Macarıstanda olan xarici işçilər icazələrinin uzadılması üçün müraciət edə biləcəklər, qərardan daha əvvəl edilmiş müraciətlər isə müəyyən edilmiş qaydada nəzərdən keçiriləcək.












