Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır

First News Media09:13 - Bu gün
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır

Sabah Investment Group-un təsisçisi və rəhbəri Orxan Mustafayev Sea Breeze Magazine-ə verdiyi geniş müsahibədə şirkətin strategiyası, yeni layihələr və Azərbaycanın elit daşınmaz əmlak bazarındakı mövqeyi haqqında danışdı.

Yolun başlanğıcı

«Hər şey 2010-cu ildə Qala Group ilə başladı. Sonradan Sabah Investment Group-u yaratdıq. İlk premium layihəmiz Sabah Residence oldu və o bizə əsas dərsi öyrətdi: miqyaslaşmaq üçün sadəcə tikinti deyil, illər boyu işləyən etibar yaratmaq lazımdır», deyə Mustafayev bildirdi.

Marina Village: ilk beynəlxalq layihə

İlk beynəlxalq layihə İsrail tərəfdaşı ilə birlikdə həyata keçirilən Marina Village oldu. Nəticə qısa zamanda özünü göstərdi: şirkətin şəhər layihələrində xarici alıcıların payı 15-17%-i keçmirdisə, Marina Village-da bu göstərici 37%-ə yüksəldi.

«Biz ölkənin imicinə fəal investisiya etdik: İsraildən və digər ölkələrdən nümayəndə heyətləri, bloggerlər, influencerlər gətirdik, geniş miqyaslı reklam kampaniyaları başlatdıq. Bu gün İsrail futbol klubu "Makkabi"nin formasında Sea Breeze loqosunu görmək mümkündür. Nəticədə bu strategiya real müqavilələrə çevrildi», - deyə o qeyd etdi.

Panorama by ELIE SAAB

«Panorama by ELIE SAAB - Azərbaycanda otel və ya apart-otellə əlaqəli olmayan ilk brend rezidensiyadır», - Mustafayev bildirdi.

Brendlə müqavilə 25 illik müddətə bağlanıb. ELIE SAAB nümayəndələri dizaynın hazırlanmasında iştirak edir və binanın idarə edilməsinə birbaşa cəlb olunacaqlar. Kompleksin əsas obyektlərindən biri Mustafayevin sözlərinə görə «dünyada eyni adlı bütün rezidensiyalar arasında ən böyük olacaq SPA-mərkəzidir. Sakinlər hamam, sauna, fitnes zalları, yoga zalı, qapalı hovuz və danışıqlar otaqlarından pulsuz istifadə edəcəklər.

«Şəxsən cənab Saabdan eşitdim ki, onun fikrincə Sea Breeze-dəki kompleks bu brendin bütün layihələri arasında ən gözəllərindən biridir», o əlavə etdi. Rusiya və BƏƏ-də ön satış artıq başlayıb və yüksək tələbatla davam edir.

BRABUS Island: regionda yeni inkişaf səviyyəsi

22 may tarixində Bakıda BRABUS Island Baku layihəsinin rəsmi təqdimatı keçirildi, bu tədbir bütün region üçün daşınmaz əmlak sahəsində yeni inkişaf səviyyəsini müəyyən etdi. Layihə Marina Village-ın qarşısındakı süni adada tikiləcək.

BRABUS Island Baku brendin əfsanəvi "One-Second-Wow" fəlsəfəsini ilk dəfə yaşayış formatında təqdim edir: Alman dizayn mirası ilə müasir memarlığın vəhdəti, Twin villalar və özəl marina standartlardan kənar həyat tərzi axtaranlar üçün xüsusi olaraq layihələndirilib.

«Daşınmaz əmlak layihələrimiz BRABUS fəlsəfəsini avtomobil sektorundan kənara çıxarmağa imkan verir. Bakıdakı yeni layihənin böyük maraq doğuracağına inanırıq», BRABUS-un baş direktoru Konstantin Buşman bildirdi.

Tədbir çərçivəsində təşkil olunan xüsusi satış zonalarında artıq ilk rezervasiyalar üçün addımlar atıldı. Memarlıq konsepsiyasını urbanistika və mülki tikinti sahəsində yarım əsrlik təcrübəyə malik İtaliya şirkəti Pooleng hazırlayır.

«İstəyirik ki, müştəri rezidensiyaya addım atdığı ilk andan – həm ətrafdakı qoxu, həm də ab-hava ilə əfsanəvi Alman konserninin yaratdığı xüsusi məkanda olduğunu hiss etsin», - Mustafayev izah etdi.

«BRABUS komandası ilə danışıqlar təxminən doqquz ay çəkdi. Həmkarlarımız Sea Breeze-ə heyran qaldılar və bu, rəsmi müqavilənin imzalanması ilə nəticələndi», — o əlavə etdi.

İnvestisiya arqumenti

«London ELIE SAAB-da kvadrat metr 60 000 funt-sterlinqə başa gəlir, Bakıda isə 4 000 dollara. BƏƏ-dəki BRABUS layihəsi 10 000 dollardan başlayır, Sea Breeze-də isə 4 000-dən. Eyni zamanda ad, idarəetmə keyfiyyəti və dünya standartları dəyişməz qalır», - Mustafayev izah etdi.

Əvvəllər kvadrat metri 2 000 dollara alınan obyektlər indi 50-75% daha baha satılır. Mustafayevin sözlərinə görə «Avropanın ən böyüyü olacaq kazino isə əlavə artım amili olacaq.

Növbəti tərəfdaşlar və on illik perspektiv

«ELIE SAAB və BRABUS ilə əməkdaşlığın uğuru artıq zəncir reaksiyasına səbəb oldu. Bu gün Sabah Investment Group-a Aston Martin, Pagani və Lamborghini kimi əfsanələr maraq göstərir», - Mustafayev bəyan etdi.

Yeni layihələrdə yerli və xarici alıcılara satışların nisbəti artıq demək olar ki, «50-yə 50» təşkil edir.

«Yaxın on ildə Sea Breeze Xəzərdə yeni Dubaya çevriləcək. Növbəti üç-dörd il sürətlə keçəcək və ən iddialı planlarımız gerçəkləşəcək», - Mustafayev yekunlaşdırdı.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər