Azərbaycanın qadın güləşçiləri dünya reytinqində ilk onluqda qərarlaşıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın qadın güləşçiləri dünya reytinqində ilk onluqda qərarlaşıb

20:50 - 06 / 01 / 2017
Azərbaycanın qadın güləşçiləri dünya reytinqində ilk onluqda qərarlaşıb

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

1news.az Azərbaycan Güləş Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, görə, qadın pəhləvanların reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-ü ilk onluğa daxildir.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikə məxsusdur. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.

1news.az

Paylaş:
11693

Son xəbərlər

Bütün xəbərlər