Ukraynalı futbolçu rəsmən “Neftçi”də | 1news.az | Xəbərlər
Futbol

Ukraynalı futbolçu rəsmən “Neftçi”də

10:14 - 06 / 01 / 2017
Ukraynalı futbolçu rəsmən “Neftçi”də

Antalyada hazırlığını davam etdirən “Neftçi” daha bir futbolçu ilə güclənib.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “ağ-qaralar” ukraynalı müdafiəçi Kirilo Petrovla 1,5 il müddətinə müqavilə bağlayıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan “Krivbas” və “Arsenal” klublarının formasını geyinib. Polşada (“Korona” klubunda) legioner həyatı yaşamış Kirilo Petrov, Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub.

Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.

1news.az

Paylaş:
675

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər