FİFA alternativ mükafat təsis edib | 1news.az | Xəbərlər
Futbol

FİFA alternativ mükafat təsis edib

22:06 - 06 / 01 / 2017
FİFA alternativ mükafat təsis edib

FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.

1news.az apasport.az-a istinadən xəbər verir ki, mükafat “The Best” (“Ən yaxşı”) adlanır.

Məlumdur ki, bu ildən etibarən  “Ballon d`Or” (“Qızıl top”) mükafatını yenidən “France Football” jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib.

Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.

1news.az

Paylaş:
836

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər