“Real” yeni tarixi rekordun bir addımlığında | 1news.az | Xəbərlər
Futbol

“Real” yeni tarixi rekordun bir addımlığında

13:26 - 08 / 01 / 2017
“Real” yeni tarixi rekordun bir addımlığında

İspaniyanın “Real” klubunun məğlubedilməz oyunlar seriyası davam edir.

1news.az qol.az-a istinadən xəbər verir ki, Madird təmsilçisi La Liqanın son turunda “Qranada”ya qalib gəlməklə (5:0) uğurlu seriyanı 39 oyuna çatdırıb.

Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın  2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekorda  şərik olub. “Real” son 39 oyunun 30-da qalib gəlib, 9-da heç-heçə edib.

Zinəddin Zidanın komandası son dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).

Qeyd edək ki, “Real”ın növbəti matçı İspaniya kubokunda “Sevilya” ilə olacaq. Paytaxt klubu yanvarın 13-də səfərdə keçiriləcək bu görüşdə qalib gəlsə, İspaniya futbolu tarixində yeni rekorda imza atacaq.

1news.az

Paylaş:
704

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər