“Neftçi”dən növbəti transfer | 1news.az | Xəbərlər
İdman

“Neftçi”dən növbəti transfer

15:39 - 08 / 01 / 2017
“Neftçi”dən növbəti transfer

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

1news.az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 27 yaşlı çex müdafiəçi Pavel Dreksanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dreksa müxtəlif vaxtlarda Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarında oynayıb. O, klub səviyyyəsində “Siqma”, “Banik” “Znoymo” və “Karvina”da oynayıb.

Dreksa “Neftçi”də 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı "Neftçi" Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), Kirill Petrov ("Olimpik", Ukrayna) və İqnasio Herreranı ("İrtış" Qazaxıstan) da heyətinə qatıb.

1news.az

Paylaş:
869

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər