Yol polisi sürücülərdən çox piyadaları cərimələyəcək
Bakı Yol Polisi paytaxtda piyada ölümünün çoxalması hallarından narahatdır.
1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib:
“Bu cür yol qəzalarının ümumi sayı 58% təşkil edir. Belə hallar davam edərsə yol polisi sürücülərdən çox piyadaları cərimə edəcək. Polis əməkdaşları piyada keçidində dayanaraq piyadaları idarə edir. Əks halda hərəkət iflic olar.
Baxmayaraq ki, 2016-cı ildə yol qəzasından xəsarət alan və ölüm hallarının sayı aşağı enib, 130 min piyada inzibati qaydada cərimələnib”.
Həmçinin o qeyd edib ki, sürücülər də piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalıdır:
“Paytaxtdakı bir çox piyada keçidləri video kameralarla müşahidə olunur. Və piyadalara yol verməyən sürücülər aşkar edilərək cərimələnir”.
1news.az