“Səbail” növbəti transferlərini reallaşdırıb
“Səbail” futbol klubu qış transfer dövründə növbəti transferlərini reallaşdırıb.
1news.az xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi”nin müdafiəçisi Orxan Qurbanlını mövsümün sonuna kimi icarəyə götürüb.
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü ötən mövsümü Latviyanın “Dauqavpils” komandasında keçirib.
Bundan başqa, “Səbail” klubu 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpurla da 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rusiyanın “Rostov” klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada “Mitos”, ölkəmizdə isə “Sumqayıt”, “İnter”, “Simurq” komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.
1news.az
628