“Qarabağ” günü bir məşqlə başa vurub | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” günü bir məşqlə başa vurub

09:44 - 12 / 01 / 2017
“Qarabağ” günü bir məşqlə başa vurub

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlığın yeddinci günündə Qurban Qurbanovun komandası bir məşqlə kifayətlənib. 

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

1news.az

Paylaş:
1369

Son xəbərlər

Bütün xəbərlər