Qadın taekvandoçulardan ibarət yığmamıza yeni baş məşqçi təyin olunub | 1news.az | Xəbərlər
İdman

Qadın taekvandoçulardan ibarət yığmamıza yeni baş məşqçi təyin olunub

18:57 - 17 / 01 / 2017
Qadın taekvandoçulardan ibarət yığmamıza yeni baş məşqçi təyin olunub

Azərbaycanın qadın taekvandoçulardan ibarət yığma komandasına yeni baş məşqçi təyin olunub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu vəzifə Elnur Amanova tapşırılıb. Qərar Azərbaycan Taekvando Federasiyasının İdarə Heyətinin sonuncu iclasında qəbul olunub.

Qeyd edək ki, Elnur Amanov bu təyinatadək kişilərdən ibarət Azərbaycan yığmasında böyük məşqçi funksiyasını yerinə yetirib. O, yeni vəzifədə koreyalı Park Sun Mini əvəzləyib.

1news.az

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər