Ramil Şeydayev və Dəniz Yılmazın transfer qiyməti açıqlandı | 1news.az | Xəbərlər
Futbol

Ramil Şeydayev və Dəniz Yılmazın transfer qiyməti açıqlandı

10:19 - 17 / 01 / 2017
Ramil Şeydayev və Dəniz Yılmazın transfer qiyməti açıqlandı

Türkiyə Super Liqasında çıxış edən Azərbaycan millisinin futbolçularının transfer qiyməti açıqlanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, məşhur "Transfermarkt" saytı "Bursaspor"un hücumçusu Dəniz Yılmaza 1 milyon 910 min dəyər verib.

29 yaşlı oyunçunun transfer qiymətinin əvvəlki aylarla müqayisədə artdığı göstərilir.

"Trabzonspor"da forma geyinən Ramil Şeydayevdə isə bu göstərici, demək olar ki, Yılmazdan təxminən 4,5 dəfə azdır. Sayt Şeydayevə 425 min avro qiymət qoyub.

Qeyd edək ki, hazırda Super Liqanın ən bahalı oyunçusu "Qalatasaray"ın qapıçısı Fernando Musleradır. Onun transfer dəyəri 11 milyon 900 min avrodur.

1news.az

Paylaş:
917

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər