Millimiz Estoniyaya qalib gəldi | 1news.az | Xəbərlər
Futbol

Millimiz Estoniyaya qalib gəldi

22:54 - 17 / 01 / 2017
Millimiz Estoniyaya qalib gəldi

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, Təbriz Həsənovun komandası 9-12-ci yerlər uğrunda mərhələdə ilk matçında Estoniya ilə üz-üzə gəlib. Bu görüşdə millimiz 3:0 hesabı ilə qalib gəlib.

Bununla da yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb.

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

Azərbaycan - Estoniya - 3:0

Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87

1news.az

Paylaş:
704

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər