AVRO-2020-nin sonuncu loqotipi təqdim edilib | 1news.az | Xəbərlər
İdman

AVRO-2020-nin sonuncu loqotipi təqdim edilib

23:29 - 19 / 01 / 2017
AVRO-2020-nin sonuncu loqotipi təqdim edilib

AVRO-2020-nin final mərhələsinin sonuncu loqotipi təqdim olunub.

1news.az-ın məlumatına görə, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Sankt-Peterburq təqdimat mərasimi keçirən sonuncu şəhər olub.

Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin, Rusiyanın baş nazirinin müavini Vitali Mutko, şəhərin qubernatoru Georgi Poltavçenko və digər qonaqlar iştirak ediblər.

Bütün loqolarda olduğu kimi Sankt-Peterbuqun rəmzində də körpü əks olunub. Neva sahilində bu rəmz Dvortsovski körpüsüdü. Bu, ölkələr və azarkeşlər arasında birliyi əks etdirir.

Qeyd edək ki, Sankt-Peterburqla yanaşı, Bakı, Amsterdam, London, Buxarest, Budapeşt, Roma, Münhen, Brüssel, Qlazqo, Kopenhagen, Dublin və Bilbao da AVRO-2020-yə ev sahibliyi edəcək.

1news.az

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər