“Zirə” nigeriyalı futbolçu ilə gücləndi | 1news.az | Xəbərlər
Futbol

“Zirə” nigeriyalı futbolçu ilə gücləndi

18:43 - 21 / 01 / 2017
“Zirə” nigeriyalı futbolçu ilə gücləndi

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Zirə" transfer çalışmalarını da davam etdirir.

1news.az goal.az-a istinadən xəbər verir ki, bu gün "qartallar"ın sırasına daha bir futbolçu qoşulub. "Zirə" nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib.

Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün "Zirə"də ilk məşqinə çıxacaq.

Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının da formasını geyinib.

1news.az

Paylaş:
734

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər