Dario Federiko “Kəpəz”ə qoşuldu | 1news.az | Xəbərlər
Futbol

Dario Federiko “Kəpəz”ə qoşuldu

21:47 - 23 / 01 / 2017
Dario Federiko “Kəpəz”ə qoşuldu

Həftəsonu Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq və komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə start verəcəklər.

1news.az xəbər verir ki, 2017-ci ilin ilk rəsmi matçında, XV turda “Kəpəz” səfərdə “İnter” ilə qarşılaşacaq.
 
Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən “sarı-göylər” bu gündən qarşıdakı oyunun hazırlığına start veriblər.

Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. Gəncə klubunun məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi “Kəpəz” eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. “Kəpəz” Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesini görüşə ev sahibliyi edəcək “İnter Arena”da keçirəcək.
 
Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Federiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.

1news.az

Paylaş:
1090

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər