Ronaldonun halı pisləşdi, “Lamborghini”sini evakuator apardı – FOTO | 1news.az | Xəbərlər
Futbol

Ronaldonun halı pisləşdi, “Lamborghini”sini evakuator apardı – FOTO

21:56 - 25 / 01 / 2017
Ronaldonun halı pisləşdi, “Lamborghini”sini evakuator apardı – FOTO

“Real”ın ulduz futbolçusu Kristiano Ronaldo İspaniya La Liqasının 19-cu turu çərçivəsində “Malaqa” ilə keçirilən (2:1) oyundan sonra xoşagəlməz hadisə ilə qarşılaşıb.

1news.az xəbər verir ki, portuqaliyalı futbolçu qarşılaşmadan sonra sevgilisi ilə birlikdə evə gedərkən özünü yaxşı hiss etməyib.

Ayağında ağrılar hiss edən 31 yaşlı hücumçu maşını idarə etmək gücündə olmayıb və təcili tibbi yardıma ehtiyac duyub. Nəticədə o, evə ambulansla yollanmalı olub.

Ronaldonun “Lamborghini” markalı avtomobili isə evakuator vasitəsi ilə daşınıb.

1news.az

Paylaş:
939

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər