“Qəbələ” Makedoniya klubuna qalib gəldi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” Makedoniya klubuna qalib gəldi – FOTO – VİDEO

10:01 - 25 / 01 / 2017
“Qəbələ” Makedoniya klubuna qalib gəldi – FOTO – VİDEO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sonuncu yoxlama oyununu keçirib.

1news.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Oyun “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” buna qədər Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını 1:0 məğlub edib və Qazaxıstanın “Ordabası” komandası ilə qolsuz heç-heçəyə razılaşıb. 

 

Yoxlama oyunu

18:00. “Qəbələ” – “Şkendiya” (Makedoniya) - 2:1 

Qollar: Filip Ozobiç, 38, Araz Abdullayev, 77

1news.az

Paylaş:
803

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər