Meteoroloqlardan xəbərdarlıq: Ayın sonunadək Bakıda hava şəraiti qeyri-sabit keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Ayın sonunadək Bakıda hava şəraiti qeyri-sabit keçəcək

14:53 - 27 / 01 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Ayın sonunadək Bakıda hava şəraiti qeyri-sabit keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər