Reynaldo rəsmən “Adanaspor”da | 1news.az | Xəbərlər
Futbol

Reynaldo rəsmən “Adanaspor”da

22:01 - 27 / 01 / 2017
Reynaldo rəsmən “Adanaspor”da

“Qarabağ”ın ayrılan Reynaldonun “Adanaspor”a keçidi rəsmiləşib.

1news.az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

İmzalanma mərasimindən sonra açıqlama verən braziliyalı fikirlərini bildirib:

“Adanaspor”da olduğum üçün xoşbəxtəm. Uzun illər Azərbaycanda yaşamışam. Türkiyə mənə yad deyil. İkisi də qardaş ölkədir. Burada yaxşı işlər görməyə gəlmişəm. Klub prezidenti Bayram Akgül və bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Reynaldo 2013-cü ildən bəri “Qarabağ”ın formasını geyinib.

1news.az

Paylaş:
733

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər