Qapıçı penaltini qaytardı, qapısında qol gördü – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qapıçı penaltini qaytardı, qapısında qol gördü – VİDEO

10:47 - 27 / 01 / 2017
Qapıçı penaltini qaytardı, qapısında qol gördü – VİDEO

Türkiyənin birinci liqasında çıxış edən “Qaziantep” klubunun qapıçısı arzuolunmaz vəziyyətlə üzləşib.

Belə ki, komandanın müdafiəçisi Yunis Emre Yılmaz rəqibin penalti zərbəsini dəf edən qapıçını təbrik etmək üçün onun üstünə hoppanıb.

Bu zaman oyunçu qapıçının əlində olan topa toxunub və top qapıçının əlindən çıxaraq qapıya daxil olub.

Qapıçı bunun qarşısını almağa çalışsa da, istəyinə nail olmayıb və nəticədə qol qeydə alınıb.

Həmin epizodun videosunu təqdim edirik:

1news.az

Paylaş:
787

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər