“Qəbələ” xal itirdi | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” xal itirdi

16:59 - 28 / 01 / 2017
“Qəbələ” xal itirdi

Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan iki oyundan biri başa çatıb.

Çempionluğa 2 namizəddən biri olan "Qəbələ" öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Roman Qriqorçukun komandası bu görüşdə gözlənilmədən xal itkisi ilə üzləşib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla belə, "Qəbələ" liderliyə yüksəlib.

Günün ikinci matçı isə “İnter Arena”da keçirilir. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan “İnter” “Kəpəz”lə üz-üzə gəlir.

“Qəbələ” – “Sumqayıt” - 1:1

Qol: Məhəmməd Qurbanov, 53, Vitali Vernidub, 59 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

1news.az

Paylaş:
837

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər