“Zirə” fransalı hücumçu ilə müqavilə imzaladı | 1news.az | Xəbərlər
İdman

“Zirə” fransalı hücumçu ilə müqavilə imzaladı

1news Redaksiyası21:25 - 30 / 01 / 2017
“Zirə” fransalı hücumçu ilə müqavilə imzaladı

“Zirə” qış transfer pəncərəsində daha bir futbolçu ilə müqavilə imzalayıb.

1news.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçu Ben Sanqare ilə ilyarımlıq müqavilə imzalanıb.

“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında forma geyinib.

1news.az

Paylaş:
1298

Son xəbərlər

Bütün xəbərlər