AFFA-dan “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərarlar | 1news.az | Xəbərlər
Futbol

AFFA-dan “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərarlar

13:58 - 31 / 01 / 2017
AFFA-dan “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərarlar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı bəzi qərarlar çıxarıb.

Oyunun 20-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Oyunun 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub .

Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi”nin azarkeşləri tərəfindən stadionun 9  oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğin “Neftçi” tərəfindən ödənilməsi barədə qərar verilib.

1news.az

Paylaş:
679

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər