“İnter”ə yeni rəhbər gətirildi | 1news.az | Xəbərlər
Futbol

“İnter”ə yeni rəhbər gətirildi

15:23 - 31 / 01 / 2017
“İnter”ə yeni rəhbər gətirildi

“İnter” klubunun yeni rəhbəri müəyyənləşib.

1news.az AFFA-ya istinadən xəbər verir ki, qurum Rəmiş Malıyevi “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edib.

AFFA bununla da fevralın 1-dən klubun idarəçiliyini öz üzərinə götürdüyünü də rəsmən təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. ABB tərəfindən verilən rəsmi açıqlamada sponsorluğun dayandırılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan bankda biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması göstərilir.

Bankın müvafiq qərarla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciətinə və bank ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq “İnter” Peşəkar İdman Klubunun idarəçiliyini qarşı tərəfə verir. AFFA tərəfindən ABB-nin təklifinin qəbul edilməsində məqsəd Azərbaycan futbolunun, həmçinin futbolçuların maraqlarını qorumaq, Premyer Liqanın əsas komandalarından biri olan “İnter” PİK-in mövsümün sonuna qədər fəaliyyətini təmin etməkdir. AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.

Qeyd edək ki, Rəmiş Təzəxan oğlu Malıyev 1976-cı il iyunun 16-da Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 2008-ci il iyulun 1-dən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır.

UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir. Qadınlar arasında 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 dünya çempionatı və kişilər arasında 2016-cı ildə Azərbaycanda keçirilən U-17 Avropa çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü olub.

1news.az

Paylaş:
629

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər