Daniel Subotiç rəsmən “Qəbələ”də | 1news.az | Xəbərlər
Futbol

Daniel Subotiç rəsmən “Qəbələ”də

17:08 - 31 / 01 / 2017
Daniel Subotiç rəsmən “Qəbələ”də

“Qəbələ” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” bu dəfə hücum xəttini gücləndirib.

Mövsümün ilk yarısından sonra yarımmüdafiəçi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayan “Qəbələ”nin növbəti transferi Daniel Subotiç olub. 28 yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb.

2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli futbolçu 2013-2014-cü illər mövsümündə də “qırmızı-qara” formanı geyinib. Hücumçu komandanın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.

İsveçrənin “Bazel” klubunun yetirməsi olan Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə “Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın “Zulte-Varegem” (2008-2009) və İtaliyanın “Qrosseto” (2010) klublarında çıxış edib. Rumıniyada Krayovanın “Universtatya”  (2011) və “Tarqu Mureş” (2011-2012) komandalarının ardından Ukraynaya yollanan forvard 2012-13-cü illərdə “Volın”da forma geyinib.

“Qəbələ”də keçirdiyi 2013-2014-cü illər mövsümünün ardından isveçrəli Küveytə yollanaraq 2014-2015-ci illərdə “Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın “Şerif” klubu ilə anlaşan Daniel son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı illər mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib.

“Qəbələ”nin yeni transferi İsveçrə milli komandasının da şərəfini qoruyub. O, 2007-2008-ci illərdə U-19 yığmasında çıxış edib.

1news.az

Paylaş:
554

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər